Kiçik (junior) İT Biznes Analitik
Kiçik (junior) İT Biznes Analitik vakansiyası üçün müraciət
Tələblər
Vəzifə öhdəlikləri - Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri toplamaq. - Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə sənədləşdirmək. - AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və proses təsvirləri hazırlamaq. - Tapşırıqları AI-ya düzgün promptlarla izah etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək. - Proqramçılarla tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək. - Hazırlanmış funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq. Namizədə tələblər - Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı. - Proqramlaşdırmanın əsasları haqqında ilkin anlayış. - Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza bilikləri. - AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə tapşırıqları yerinə yetirmək bacarığı. - AI-nın təqdim etdiyi nəticələri qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı. - Fikrini şifahi və yazılı şəkildə aydın ifadə etmək. - Öyrənməyə həvəs, diqqət və məsuliyyət. İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək. İş şərtləri - İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00. - Rəsmi əmək müqaviləsi. - Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. - Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Maraqlanan namizədlər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: