Elan haqqında
İş elanı
İşin təsviri
Kiçik (junior) İT Biznes Analitik vakansiyası üçün müraciət
Tələblər
Vəzifə öhdəlikləri
Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri toplamaq.
Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə sənədləşdirmək.
AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və proses təsvirləri hazırlamaq.
Tapşırıqları AI-ya düzgün promptlarla izah etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək.
Proqramçılarla tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək.
Hazırlanmış funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq.
Namizədə tələblər
Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.
Proqramlaşdırmanın əsasları haqqında ilkin anlayış.
Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza bilikləri.
AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə tapşırıqları yerinə yetirmək bacarığı.
AI-nın təqdim etdiyi nəticələri qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı.
Fikrini şifahi və yazılı şəkildə aydın ifadə etmək.
Öyrənməyə həvəs, diqqət və məsuliyyət.
İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək.
İş şərtləri
İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00.
Rəsmi əmək müqaviləsi.
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: